Suriyada terrorçuların son bölgələrini təmizləyəcəyik – ƏRDOĞAN

08.08.2022 - 20:25

Suriyada terrorçuların olduğu son bölgələr də yaxın vaxtlarda Türkiyə tərəfindən təmizlənəcək.

Cumhuriyyet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ankarada səfirlər qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Terrora qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Cənub sərhədləri boyunca 30 kilometr dərinlikdə təhlükəsizlik zonası yaratmaq qərarımız dəyişməz olaraq qalır. Ümid edirəm ki, yaxın vaxtlarda Suriyada terror təşkilatının gizləndiyi son ərazini də təmizləyəcəyik və təhlükəsizlik kəmərinin halqalarını birləşdirəcəyik”, – deyə Ərdoğan qeyd edib.

İyunun 1-də Madriddə NATO sammitindən qayıtdıqdan sonra Ərdoğan bildirib ki, Türkiyə hər an Suriyanın şimalında yeni yeni hərbi əməliyyata başlamağa hazırdır. O, əməliyyatın əsas məqsədinin 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatından sonra yaradılmış təhlükəsizlik zonasını genişləndirmək olduğunu bildirib.

Ərdoğan sözlərinə görə, ABŞ və Rusiya sərhəd bölgəsində belə bir təhlükəsiz zona yaratmaq öhdəliyini yerinə yetirmədiyi üçün Türkiyə Suriyanın şimalında milləti və yerli əhalinin müdafiəsi üçün əməliyyat keçirməyə hazırdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180358

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930