ABŞ Ukraynaya yeni hərbi yardım ayırdı – SİYAHI

08.08.2022 - 22:11

ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Paketin həcmi 1 milyard dollardır. Bununla da ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımın həcmi 10 milyard dollara yaxınlaşıb.

Yeni paketə aşağıdakı hərbi sistemlər daxildir:

– HIMARS raket sistemləri üçün sursatlar

– 155 mm çaplı artilleriya qurğuları üçün 75 min mərmi

– “Javelin” tank əleyhinə raket sistemləri üçün 1000 ədəd raket

– 20 ədəd minaatan qurğusu və 20 min ədəd 120 mm çaplı minaatan mərmisi

– NASAMS zenit-raket kompleksləri üçün sursatlar

– 50 ədəd tibbi zirehli maşın

– Müxtəlif təyinatlı minalar, partlayıcı qurğular

– Tibbi avadanlıqlar və s.

Short URL: http://www.cumhuriyyet.net/?p=180360

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930