ABŞ 100 belaruslu məmuru “qara siyahı”ya saldı

09.08.2022 - 23:02

Belarusdan olan 100 nəfər yüksək rütbəli məmur və onlarla əlaqəli şəxslərin ABŞ-a girişi məhdudlaşdırılıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken yazılı açıqlama verib.

“Bu gün biz Belarusun 100 dövlət məmuru və onların müttəfiqlərinə demokratik təsisatları sarsıtmaqda, zədələməkdə və ya Belarusun demokratiyaya keçidinə mane olmaqda iştirak etdiklərinə görə viza məhdudiyyəti tətbiq etmək qərarına gəldik”, – Blinken bildirib.

Sanksiyaya məruz qalan şəxslərin siyahısı açıqlanmayıb, lakin məlum olub ki, Prezident Administrasiyasının, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, İstintaq Komitəsinin, Nəqliyyat Nazirliyinin əməkdaşları, habelə respublikanın silahlı qüvvələrinin nümayəndələri, parlament üzvləri, rayon hakimləri, təhlükəsizlik işçiləri, icra komitələrinin üzvləri, dövlət universitetlərinin rəhbərləri və onların əməkdaşlarıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=180428

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728