Rusiya “Zelenski Fondu” yaradır

11.08.2022 - 19:41

Rusiya Qərbi Avropada Ukrayna Prezidenti Volodimir Zelenskini nüfuzdan salmaq üçün informasiya savaşına hazırlaşır.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya Federasiyası Prezidentinin administrasiyası ölkənin xüsusi xidmət orqanlarına bağlı yeni strukturun yaradılmasına qərar verib.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, kampaniya müəllifləri “Zelenski Fondu” adı altında saxta sayt yaratmağı planlaşdırır. Bu fond vasitəsilə xarici ölkə vətəndaşlarına və beynəlxalq qurumlara müxtəlif təkliflərin göndərilməsi nəzərdə tutulur.

“Fondun çeşid xətti”nin yaradılması və sonradan nəşri, onun Avropanın ticarət meydançalarında qeydiyyata alınması planlaşdırılır. Fondun Avropa ölkələrində təşkilati strukturunun işinin “şəbəkə” prinsipi əsasında inkişaf etdirilməsi hədəflənir. Bu, təşkilatçıların fikrincə, göstərilən məlumatların Avropa media məkanında fəal şəkildə yayılmasına imkan verəcək”, – deyə kəşfiyyat məlumatında qeyd olunub.

Diqqətə çatdırılıb ki, Rusiya bununla Avropa ölkələrində Zelenskini nüfuzdan salmağı qarşısına məqsəd qoyub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180509

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930