Qərbdən Ukraynaya külli miqdarda silah yardımı
“Kopenhagen-Ukrayna-2022” adlı donor konfransında iştirak edən ölkələr Ukraynaya daha 1,5 milyard avro hərbi yardım göstərəcəklərini vəd ediblər.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Morten Bydskov bildirib.
Bildirilir ki, yeni hərbi yardıma pul köçürmələri, silahların tədarükü, minalardan təmizlənməsi və hərbçilərin təlimi daxildir.
“Biz Ukraynaya hərbi ehtiyaclarında kömək etməyə davam edəcəyik”, – deyə Bydskov bildirib.
Donor konfransında NATO ölkələri, Yaponiya, Finlandiya, Gürcüstan və digər dövlətlər iştirak edib.
Polşa, Slovakiya və Çexiya Ukrayna üçün silah istehsalını genişləndirməyə hazır olduqlarını bəyan ediblər. Böyük Britaniya əlavə 300 milyon avro vəd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=180519