Ruslar Zelenskiyə qarşı sui-qəsd HAZIRLAYIR

12.08.2022 - 12:38

Rusiya tərəfindən Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Biz bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var”, – Aleksey Danilov vurğulayıb.

Qeyd edək ki, müharibə dövründə Zelenskiyə qarşı bir neçə dəfə sui-qəsd cəhdinin qarşısı alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=180535

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728