Ukraynada “Bayraktar” zavodunun inşasına başlanıldı

12.08.2022 - 17:49

Türkiyənin “Baykar Machine” şirkəti Ukraynada PUA istehsal edəcək zavodun inşasına başlayıb.

Cumhuriyyet.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Haluk Bayraktar müsahibəsində bildirib.

“Ukraynadakı layihələrlə bağlı uzunmüddətli planlarımız var. “Baykar” burada bütün sistemləri istehsal edəcək fabrik, tədqiqat mərkəzi və qabaqcıl istehsal mərkəzinin tikintisinə başlayıb. Təkcə PUA-ların gövdəsi deyil, elektronikası, eləcə də proqram təminatı və digər məsələləri burada həyata keçirmək istəyirik”.

Haluk Bayraktar Ukraynadakı zavodda “Bayraktar TB2” və “Bayratkar Akinci” ilə yanaşı, “Bayratkar Kızılelma” reaktiv hipersəs PUA-sı da istehsal etmək istədiklərini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=180566

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728