Trampın evindən gizli sənədlər TAPILDI

12.08.2022 - 22:52

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində axtarışlar zamanı 11 məxfi sənəd tapıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Araşdırma zamanı tapılan sənədlərin bəzilərində “tam məxfi” sözləri qeyd olunub. Lakin həmin sənədlərlə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, avqustun 8-də yüzə yaxın FTB əməkdaşı Trampın Mar-a-Laqodakı mülkündə axtarış aparıb. Sabiq prezident evinə basqın edildiyini deyərək, bu addımın qanunsuz olduğunu söyləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=180599

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728