Fransadan qıtlıq XƏBƏRDARLIĞI

14.08.2022 - 17:50

Fransa hökuməti vətəndaşlara qışa indidən hazırlaşmağı təklif edib.

Cumhuriyyet.az xəbər verir ki, Milli Assambleyanın deputatı İzabell Valantin ölkədə rekord dərəcədə aşağı yanacaq ehtiyatı olduğunu açıqlayıb.

“Ukraynada münaqişə başlayandan müxtəlif resursların çatışmazlığı artır. Yarımkeçiricilər, xammallar, dənli bitkilər… Çoxsaylı sektorlar təsirlənir, bu da ümumi qiymət artımına səbəb olur. Bu, davamlı olaraq bahalaşan qalıq yanacaqlara da aiddir, hansı ki, ehtiyatları rekord səviyyədə aşağı səviyyədədir”, – deyə Valantin bildirib.

Deputat əlavə edib ki, hazırda energetika sahəsində vəziyyət nəzarət altında olsa da, qışda bu, idarəolunmaz hala gələ bilər, bahalaşma isə vətəndaşların alıcılıq qabiliyyətinə təsir göstərəcək. O, bu səbəbdən indidən qışa daha yaxşı hazırlaşmaq üçün istehlakçılara 2022-ci ilin payızında ehtiyatı bərpa etmək üçün mexanizm hazırlamağı təklif edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180653

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930