Çin ordusunu Tayvan ətrafına topladı – Döyüş hazırlığı gedir
Çin Xalq Azadlıq Ordusunun şərq komandanlığı tərəfindən Tayvan adası ətrafında suda və havada birgə döyüş təlimlərinə başlanıldığı elan olunub.
Cumhuriyyet.az xəbər verir ki, təlimlər senator Ed Markey başda olmaqla ABŞ Konqresinin nümayəndə heyətinin Tayvan adasına səfəri ilə eyni vaxta təsadüf edib.
Çin Müdafiə Nazirliyinin rəsmisi U Çien bildirib ki, ABŞ Konqresi nümayəndə heyətinin səfəri rəsmi Vaşinqtonun Tayvan boğazında sülhün pozucusu və sabotajçısı olduğunu göstərir.
“Biz ABŞ-ı və Tayvanın Demokratik Tərəqqi Partiyasını xəbərdar edirik ki, Çinin qarşısını almaqdan ötrü Tayvan məsələsindən istifadə uğursuzluğa düçar olacaq. “Tayvanın müstəqilliyi” üçün ABŞ-a bel bağlamaq isə özünüməhvdir”, – deyə Çin Müdafiə Nazirliyi bəyan edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=180683