İrəvandakı partlayışa görə Paşinyanı İTTİHAM ETDİLƏR

15.08.2022 - 15:56

“Ermənistan Respublikasının rəhbəri vəzifəsini tutan şəxs üç il əvvəl cəmi 1 milyon dollar versəydi, dünən baş verən yanğında nə qədər insanın həyatını xilas etmək olardı”.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın aviasiya məsələləri üzrə keçmiş müşaviri Akop Çağaryan bildirib.

“24 saatdan çox hələ də davam edən yanğının qarşısı alınmayıb. 3 il əvvəl Paşinyana təklif vermişdik ki, yeni helikopterlər alsınlar. Amma o bizim təklifimizə heç baxmadı. Onu da vurğulamaq istərdim ki, hər bir helikopterin qiyməti baş nazirin müavininin liftinin təmiri qiymətinə, tikilən avtoparkın qiymətinə bərabər idi. Ermənistanın baş naziri postunu tutan Nikol Paşinyanı ağır nəticələrə səbəb olan cinayətdə ittiham edirəm. Bu gün olanların hamısının günahkarı Nikol Paşinyandır. Ona görə də Paşinyanı istintaqa cəlb etmək lazımdır”,- Çağaryan ittihamlar səsləndirib.

Xatırladaq ki, avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb. 15 nəfər itkin düşmüş sayılır. Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=180687

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728