Təhlükə yaranarsa, NATO müdaxilə etməyə hazırdır – Baş katib

17.08.2022 - 19:31

Serbiya Prezidenti Aleksan bu gün Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

Cumhuriyyet.az xəbər verir ki, tərəflər Serbiya və Kosovo arasındakı son gərginliyi müzakirə ediblər.

Görüşdən sonra keçirilən mətbuat konfransında Stoltenberq deyib ki, Serbiya və Kosovo arasında sabitlik təhlükə altında olarsa, NATO-nun sülhməramlı qüvvələri müdaxilə etməyə hazırdır.

“Regionda vəziyyət yaxşılaşsa da, yenidən gərginliyin qarşısını almaq bütün tərəflərin, xüsusən də Belqrad və Priştina rəsmilərinin məsuliyyətindədir”, – deyə Baş katib bildirib.

O, tərəfləri təmkin nümayiş etdirməyə və zorakılıqdan yayınmağa çağırıb.

“NATO vəziyyəti diqqətlə izləməyə davam edir. Bizim KFOR sülhməramlı missiyamız hələ də BMT mandatına diqqət yetirir. Sabitlik təhlükə altına düşərsə, KFOR müdaxilə etməyə hazırdır”, – Stoltenberq deyib.

Vucic deyib ki, o, cümə axşamı günü Kosovonun baş naziri Albin Kurti ilə görüşəcək.

“Biz sabah çətin müzakirələr aparacağıq. Demək olar ki, heç nə ilə razılaşmırıq”, – deyə o qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180700

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930