Putin Zelenski ilə birbaşa danışıqlara hazır olduğunu BİLDİRDİ

18.08.2022 - 15:29

Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenski dörd dəfə Rusiya lideri Vladimir Putinə ikitərəfli sammit təklif edib.

Cumhuriyyet.az CNN Türk-ə istinadən xəbər verir ki, Kiyevdən gələn bu təklif Moskva tərəfindən həmişə “Liderlərin həll edəcəyi konkret məsələ yoxdur” cavabı ilə rədd edilib.

Lakin Lvovda keçiriləcək üçtərəfli sammit (Türkiyə-Ukrayna-BMT – red.) öncəsi Rusiyanın sərt mövqeyini yumşaltmağa başladığı müşahidə edilir. Rusiya mənbələrindən verilən xəbərə görə, Vladimir Putin 5 avqust Soçi sammitində Ukrayna lideri Volodimir Zelenski ilə görüşə biləcəyinə eyham vurub.

Rusiyanın Ukrayna ilə danışıqlarda ilk münasibəti: “İlk növbədə nümayəndə heyətləri yol xəritəsini müəyyən etsinlər. Liderlər daha sonra sammit keçirsinlər”, – formasında idi.

İndi isə müharibəni dayandırmaq üçün Rusiya tərəfinin təklifi: “Əvvəl liderlər müzakirə edib yol xəritəsini müəyyən edə bilərlər. Bundan sonra nümayəndə heyətləri bu yol xəritəsini həyata keçirmək üçün işə başlaya bilərlər”, – formasını alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=180871

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728