Rusiya Kalininqrada qırıcı göndərdi
Rusiya Kalininqrad vilayətinə 3 ədəd MiQ-31E döyüş təyyarəsi yerləşdirib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qırıcıların hipersəs sürətə malik “Kinjal” raketləri ilə təchiz edildiyi bildirilir. Təyyarələr gecə-gündüz növbətçilik edəcək.
Bu gün Finlandiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyaya məxsus iki MiQ-31 təyyarəsi Finlandiya körfəzində, Rusiyadan 150 km (90 mil) məsafədə yerləşən Porvoo şəhəri yaxınlığında ölkənin hava məkanını pozub.
Short URL: http://www.cumhuriyyet.net/?p=180910