Rusların neçə faizi Putinə etibar edir? – Bir sorğunun nəticəsi

19.08.2022 - 12:20

Rusiyadakı İctimai Rəy Fondunun keçirdiyi sorğunun nəticələrinə görə, hazırda rusların 77%-i prezident Vladimir Putinə etibar edir.

Cumhuriyyet.az xəbər verir ki, Fondun sorğusu nəticəsində respondentlərin 12%-i prezidentə “etibar etmirəm” cavabı verib.

Bununla yanaşı, respondentlərin 81%-i hesab edir ki, Putin öz vəzifəsində “kifayət qədər yaxşı”, sorğu iştirakçılarının 10%-i isə prezidentin “kifayət qədər zəif” işlədiyini düşünür. Respondentlərin daha 9%-i cavab verməkdə çətinlik çəkib.

Sorğu 12-14 avqust tarixlərində Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində 18 və yuxarı yaşda olan 1,5 min respondent arasında yaşayış yeri üzrə müsahibə üsulu ilə keçirilib. Statistik səhv 2,5%-dən çox deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=180916

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728