Bayraktar Zelenskini qəhrəman adlandırdı

19.08.2022 - 12:40

Türkiyənin “Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş ötən gün Lvovda baş tutub.

Cumhuriyyet.az xəbər verir ki, Bayraktar Zelenski ilə görüş barədə təəssüratlarını tviter hesabında paylaşıb.

“Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəmanı prezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, – Bayraktar yazıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada səfərdə olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=180920

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728