Ukraynanın NATO-ya üzv olması təklifi yanlış idi – Kissincer

22.08.2022 - 01:33

Ukraynada hərbi əməliyyatların uzadılması münaqişəni gərginləşdirə bilər

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ-ın Sabiq dövlət katibi Henri Kissincer deyib

O bildirib ki, müharibəyə danışıqlar yolu ilə son qoyulmalıdır.

“Mən hesab edirəm ki, Ukraynaya NATO-ya üzv olması barədə verilən təklif yanlış idi, lakin baş verənləri nəzərə alsaq, bu, artıq keçmişdə qalıb. Danışıqlar olmalıdır. Mən sizi müharibəni qeyri-müəyyən müddətə uzatmamağa çağırıram, çünki bu toqquşma getdikcə Birinci Dünya Müharibəsinə bənzəyəcək, daha da böyüyə bilər”, – Kissincer bildirib.

Eyni zamanda, o, Rusiyaya güzəştə getməyin əleyhinə çıxış edib və əlavə edib ki, Rusiya qüvvələri hərbi əməliyyatlar başlamazdan əvvəl sahib olduqları mövqelərə qayıtmalıdırlar.

Keçmiş dövlət katibi qeyd edib ki, NATO ölkələri indi Moskva ilə uzunmüddətli münasibətləri necə quracaqlarına qərar verməlidirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=180967

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728