“Qatillərin hədəfi mən yox, qızım idi” – Duqin
“Qatillərin hədəfi mən deyil, məhz qızım idi. Onlar rus ideologiyasına savaş açıblar”.
Cumhuriyyet.az“TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqin qızının ölümündən danışarkən deyib.
“Məqsədləri ideologiymızı məhv etməkdir”, – deyə Duqin yerli mətbuata açıqlamasında bildirib.
Xatırladaq ki, avqustun 21-də Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub.
Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən Darya Duqinanın qatilinin kimliyi açıqlanıb. Rəsmi məlumatda cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirildiyi bildirilib. İddia olunur ki, sui-qəsdi 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Pavel Vovk törədib.
Short URL: http://www.cumhuriyyet.net/?p=181028