Lavrovdan üç ölkəyə XƏBƏRDARLIQ

01.09.2022 - 14:00

NATO bazaları alyansa daxil olduqdan sonra Finlandiya və İsveç ərazilərində peyda olarsa, Rusiya buna cavab olaraq şimal-qərbdəki imkanlarını gücləndirməyə məcbur olacaq.

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva bildirib.

Onun sözlərinə görə, vəziyyət hərbi bazaların Finlandiya və İsveç ərazilərində yerləşdiriliməsindən asılı olacaq:

“Bütün bunların necə reallaşmasından asılı olaraq, əlbəttə ki, biz Rusiyanın şimal-qərbində imkanlarımızı gücləndirmək barədə qərar qəbul edəcəyik. Hər halda NATO ilə təmas xətti köklü şəkildə artacaq”.

Lavrov həmçinin Moldovaya xəbərdarlıq edib:

“Dnestryanıda Rusiya hərbçilərinin təhlükəsizliyinə xələl gətirəcək istənilən hərəkət Rusiyaya hücum kimi qiymətləndiriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=181287

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031