BMT: Şimali Koreyada hüquq pozuntuları artıb

02.09.2022 - 21:20

Şimali Koreyada əsas hüquq və azadlıqlara təzyiq artıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasına təqdim edilən hesabatda Şimali Koreyada insanlığa qarşı cinayətlərin artdığı və hüquq pozuntularına görə məsuliyyətin təmin edilməsində irəliləyiş olmadığı bildirilib.

Şimali Koreyada hüquq pozuntularının BMT-nin rəhbərliyi altında Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) aparılacağı qeyd edilib.

Ölkədə insan haqlarına edilən təzyiqlərin COVID-19-la birlikdə artdığına diqqət çəkilib.

2020-ci ildə Şimali Koreyada qüvvəyə minən; Cənubi Koreya mənşəli mediaya sahib olmağın və bu cür materialların yayılmasının ömürlük həbs və bəzən ölüm cəzası ilə cəzalandırılması ilə bağlı qanun da müzakirə olunub.

Qanuna əsasən, 2021-ci ilin aprelində Cənubi Koreya filmləri və musiqiləri olan USB və CD satan şimali koreyalı ictimai yerdə edam edilib.

BMT Baş Katibi Antonio Quterreş qeyd edilib ki, beynəlxalq ictimaiyyətin Şimali Koreyada hüquq pozuntularını araşdırmaq və hesabatlılığı təmin etmək üçün hərəkətə keçmək “öhdəliyi” var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181392

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30