Ukraynada daha 3 yaşayış məntəqəsi ruslardan TƏMİZLƏNDİ

05.09.2022 - 00:37

Ukrayna ordusu üç yaşayış məntəqəsini işğaldan azad edib.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski gecə videomüraciətində bildirib.

 

Məlumata görə, cənubda iki, şərqdə bir yaşayış məntəqəsi ruslardan təmizlənib.

 

O, konkret hansı kəndlərin azad edildiyini deməyib. Zelenski bildirib ki, bazar günü keçirilən görüşdə hərbi komandirlər və kəşfiyyat rəhbərindən “yaxşı xəbərlər” alıb.

 

Zelenski Donetsk vilayətinin şərqindəki yaşayış məntəqəsinin azad edilməsinə, Lisiçansk-Siversk istiqamətində “müəyyən yüksəkliklərin” alınmasına və iki cənub yaşayış məntəqəsinin azad edilməsinə görə Ukrayna ordusuna təşəkkür edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181444

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728