Peskov: “Rusiyanın Zelenski ilə danışacağı bir mövzu var”

05.09.2022 - 12:03

Kremlin sözçüsü Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibə verib.

Cumhuriyyet.az-ın məlumatına görə, Peskov bildirib ki, rəsmi Moskvanın Ukrayna prezidenti Vladimir Zelenski ilə danışacağı bir mövzu var.

Rusiya liderinin mətbuat katibi Kiyevlə mümkün dialoq mövzusunun adını da çəkib. O vurğulayıb ki, Rusiyanın şərtləri eyni olaraq qalır.

“Əlbəttə – mövzu şərtlərimizin necə yerinə yetirilməsidir”.

Peskov vurğulayıb ki, Ukrayna Rusiyanın bütün şərtlərini bilir və onlar dəyişməyib.

“Əməliyyat davam edir, bütün məqsədlərə nail olunacaq”, – Kremlib sözçüsü əlavə edib

Onun sözlərinə görə, bu, Moskva və Kiyev arasında dialoqun yeganə mümkün mövzusudur,

Ukrayna prezidenti Vladimir Zelenski isə dəfələrlə danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib.

Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Rusiyanın Ukrayna ilə danışıqlara hansı şərtlərlə hazır olacağını açıqlamışdı. Onun sözlərinə görə, Ukrayna tərəfi qeyd-şərtsiz təslim olmağa hazır olarsa, Moskva danışıqlar prosesini nəzərdən keçirməyə hazırdır.

Öz növbəsində, Ukrayna prezidentinin Aparat rəhbərinin müşaviri Mixailo Podolyak Ukraynanın Rusiya ilə danışıqlarını “ölüm hökmü” adlandırıb və respublika rəhbəri Vladimir Zelenskinin birmənalı olaraq onlara qarşı olduğunu vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqların perspektivlərini qiymətləndirib. O xatırladıb ki, artıq həm Belarus ərazisində, həm də Türkiyə ərazisində danışıqlar aparılıb, lakin Ukrayna rəhbərliyi “bu danışıqlara ehtiyacımız olmadığını” deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181453

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930