Roma Papası Moskva və Kiyev səfərindən İMTİNA ETDİ

05.09.2022 - 16:45

Roma Papası Fransisk həkiminin rəyinə görə, yaxın vaxtlarda Moskva və Kiyevə səfər edə, həmçinin sentyabrın 13-15-də Qazaxıstanda keçiriləcək dini liderlərin toplantısında iştirak edə bilməyəcək.

Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa Fransiskin səyahət edə bilməməsinin səbəbi dizindəki problemlər olub.

“İndi gəzə bilmirəm, çünki Kanadaya səfərdən sonra dizimin sağalması gecikdi”, – Vatikan rəhbəri səfərdən imtina etməsinə aydınlıq gətirərəkən deyib.

Roma Katolik Kilsəsinin rəhbəri bir neçə dəfə Ukrayna böhranını həll etmək üçün Moskva və Kiyevə səfər etmək arzusunda olduğunu bəyan edib. Rusiya müharibəyə başlayandan sonra Ukrayna hakimiyyəti Kiyevə səfər təklifi ilə ona müraciət edib.

Bundan əvvəl, Kanadaya səfərindən sonra Papa Fransisk tezliklə istefa verməli ola biləcəyini bildirmişdi. “The Guardian” Frensiskin getməsinin papalıq institutunda dramatik dəyişikliklərə səbəb ola biləcəyini yazıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181496

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031