Zelenski və Conson telefonla danışdı
Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter” hesabında məlumat yayıb.
O qeyd edib ki, Consonla hazırkı vəzifəsində sonuncu söhbət edib.
“Bütün Ukrayna xalqının adından ona şəxsi cəsarətinə, prinsiplərinə və Rusiyanın təcavüzünə qarşı mübarizədə böyük töhfəsinə görə təşəkkür etdim. Ukraynanın böyük dostu ilə yeni statusda əməkdaşlığı səbirsizliklə gözləyirəm”, – deyə Zelenski yazıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=181505