Bayden Britaniyanın yeni liderini TƏBRİK ETDİ
ABŞ Prezidenti Co Bayden Britaniyanın yeni Baş naziri Liz Trassı təbrik edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ lideri “Twitter“də yazıb.
ABŞ lideri iki ölkənin qlobal çağırışlara qarşı sıx əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
“Mən Rusiyanın hücumundan özünü müdafiə edən Ukraynaya davamlı dəstəyi səbirsizliklə gözləyirəm”, – Bayden yazıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=181559