Almaniyanı etirazlar bürüdü, xalq küçələrə AXIŞDI

06.09.2022 - 21:26

Bu gün Almaniyanın bir neçə şəhərində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib.

 

Cumhuriyyet.az xəbər verir ki, nümayişlər federal hökumətin enerji və sosial siyasətinə qarşı yönəlib.

 

Hakim koalisiya tərəfindən əhaliyə 65 milyard avroluq üçüncü yardım paketi qəbul edilməsinə baxmayaraq, vətəndaşlar bunun kifayət etmədiyini bildiriblər.

 

Nümayişçiləri həm solçu, həm də ifrat sağçı partiyalar dəstəkləyib. Onlar hökumətə təzyiq göstərmək məqsədilə öz tərəfdarlarını Almaniya şəhərlərinin küçə və meydanlarına çıxarıblar.

 

Vətəndaşlar enerji daşıyıcılarının və qida məhsullarının kəskin bahalaşmasına etiraz ediblər. Aksiyaların davam edəcəyi qeyd olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181566

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930