Ərdoğan Putini müdafiə etdi: Haqlıdır…

08.09.2022 - 15:04

 

“Rusiya Prezidenti Vladimir Putin iradlarında haqlıdır”.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Onun sözlərinə görə, Ukraynadan ixrac olunan taxıl kasıb ölkələrə getmir:

 

“Taxıl zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik”.

 

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadiyyat Forumunda çıxışı zamanı bildirmişdi ki, Ukraynadan çıxarılan taxıl aclıq içində olan Afrika ölkələrinə deyil, Avropa İttifaqı ölkələrinə daşınır. Putin bu səbəbdən Ukraynadan taxıl daşınmasının məhdudlaşdırıla biləcəyini diqqətə çatdırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181646

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728