Hökumət insanların çətinliyini anlayır – Baş nazir

08.09.2022 - 15:31

Hökumət insanların enerji ödənişləri ilə bağlı çətinliyini anlayır.

 

Cumhuriyyet.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın yeni Baş naziri Liz Trass hökumətin enerji ödənişlərilə bağlı planlarından danışarkən bildirib.

 

Baş nazir bu siyasətin həyata keçirilməsi üçün fövqəladə qanunvericiliyin irəli sürüləcəyini qeyd edib.

 

Trass oktyabr ayından etibarən ev təsərrüfatlarının enerji xərclərinin ildə 2500 funt sterlinqlə məhdudlaşacağını bildirib. O əlavə edib ki, eyni tipli dəstək bizneslər üçün də 6 aylıq müddətdə göstəriləcək.

 

Qeyd edək ki, ev təsərrüfatının qaz və elektrik haqqı oktyabrda 1971 funt sterlinqdən 3549 funt-sterlinqə qalxmalı idi. Liz Trassın açıqladığı yeni sxemə əsasən bu məbləğ oktyabr ayından etibarən 2500 funt sterlinqi keçməyəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=181656

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031