Ukrayna limanlarından daşınan taxılın miqdarı açıqlandı
İyul ayında Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə koordinasiya əsasında İstanbulda yaradılmış “Birgə Koordinasiya Mərkəzi” fəaliyyətini davam etdirir.
Cumhuriyyet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, indiyədək taxıl dəhlizindən 105 gəmi keçib.
Daşınan taxılın həcmi isə 2 milyon 500 min tona yaxınlaşıb. Ukrayna limanlarından çıxan taxıl və ərzaq yüklü gəmilərdən 39-u təyinat yerinə çatıb, 66 gəminin isə səfərinə davam etdiyi bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=181720