Şahzadə Uilyam və həyat yoldaşı milyarder oldu

12.09.2022 - 19:38

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin vəfatında sonra şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton milyarder olub və onlar yeni titullar qazanıblar.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Star” qəzeti məlumat yayıb.

 

Kraliçanın ölümündən sonra şahzadə Uilyam Kornuoll hersoqu titulunu miras alıb və hazırda o, Kornuoll və Kembric hersoqu, Keyt isə Kornuoll və Kembric hersoginyasıdır.

 

Sentyabrın 9-da Britaniyanın yeni kralı III Çarlz oğlu Uilyamı Uels şahzadəsi elan edib.

 

Qəzetin yazdığına görə, yeni titulları aldıqdan sonra şahzadə Uilyamın sərvəti hazırda 1,1 milyard funt sterlinqə çatıb. Nəşr yazır ki, Kornuol hersoqu və Kornuol hersoginyası titulları almaqla Uilyam və Keyt böyük miqdarda torpaq, meşə, çay və əmlakı da miras olaraq qazanıb.

 

Hazırda Uels şahzadəsi İngiltərə və Uelsin 20 əyalətində təxminən 128 min hektar əraziyə sahibdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181749

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930