Putin bu gün Səmərqəndə gedir – Ərdoğanla görüşəcək

14.09.2022 - 15:02

Rusiya prezidenti Vladimir Putin bu gün axşam Səmərqəndə yola düşəcək.

Cumhuriyyet.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Axşam biz beynəlxalq telefon danışığını gözləyirik, sizi məlumatlandıracağıq. Bu gün isə gecə saatlarında prezident Səmərqəndə uçacaq”, – Peskov deyib.

O, cümə axşamı və cümə günləri çox ağır iş olacağını qeyd edib.

İyulun 15 və 16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Putin orada iştirak etməklə yanaşı, Çin lideri Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər həmkarları da daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək.

Gözlənildiyi kimi, sammitdə geniş spektrli məsələlər – təhlükəsizlik və sabitlik sahəsində ŞƏT-in potensialının gücləndirilməsi, ŞƏT-in iqtisadi əlaqələrinin gücləndirilməsi, nəqliyyatın qarşılıqlı əlaqəsinin inkişafı məsələləri, ŞƏT-in mədəni və humanitar ölçülərinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181863

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829