Zelenski işğaldan azad olunmuş şəhərə getdi – FOTO

14.09.2022 - 15:06

 

 

Çərşənbə günü, sentyabrın 14-də Ukrayna desantları tərəfindən azad edilən Xarkov vilayətinin İzyum şəhərində Ukrayna bayrağı qaldırılıb. Ukrayna dövlətinin başçısı Vladimir Zelenski də oraya gedib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

“Şənliklərdə Ukrayna prezidenti Vladimir Zelenski, müdafiə nazirinin müavini Anna Malyar, bir neçə gün əvvəl şəhəri rus işğalçılarından azad edən Ukrayna Silahlı Qüvvələrinin və digər təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər”, – məlumatda deyilir.

Bayram şənliklərinin əvvəlində iştirak edənlər həlak olan müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra dövlət başçısı işğaldan azad olunmuş Ukrayna torpaqlarına görə əsgərlərə təşəkkür edib, təntənəli mərasimlə Ukrayna bayrağını Şəhər Şurası üzərində qaldırıb.

Xatırladaq ki, sentyabrın 10-da Ukrayna Silahlı Qüvvələri Balakleyadan cənub-şərq istiqamətində irəliləyərək İzyuma yaxınlaşıb.

Sentyabrın 11-də Ukrayna əsgərləri Xarkov vilayətinin İzyum şəhərinin mərkəzində dövlət bayrağını qaldırıblar. İzyum mart ayında işğal olunmuşdu.

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Xarkov vilayətindən geri çəkildiyini etiraf edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181870

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930