BMT-də kritik müzakirələr – Hansı ölkə Ermənistana dəstək olub…

16.09.2022 - 15:11

Ermənistanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına ünvanladığı məktubu əsasında ötən gün şuranın toplantısı keçirilib.

 

Cumhuriyyet.az xəbər verir ki, toplantıda Azərbaycan və Ermənistan sərhədində yaranan gərgin vəziyyət müzakirə edilib.

 

İclasda müzakirələr açıq rejimdə aparılıb və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan çıxışları dinlənilib.

 

Daha sonra toplantıda ayrı-ayrı ölkələrin təmsilçiləri çıxış ediblər. Bəzi ölkələrin nümayəndələrinin çıxışları onların münaqişə ilə bağlı mövqeyini ortaya qoyub.

 

Belə ki, Hindistan nümayəndəsi sərhəddə baş verən hadisələdən narahat olduğunu bildirib. O, çıxışı zamanı açıq-aşkar işğalçı Ermənistana dəstəyini ifadə edib.

 

“Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan sərhədində olan gərginliyi izləyir və hadisələrdən narahatdır. Biz təcavüzkar tərəfi (Hindistan nümayəndəsi təcavüzkar dedikdə Azərbaycanı nəzərdə tutur-red) hərbi əməliyyatları dayandırmağa çağırırıq. Hindistan beynəlxalq hüquqa və ölkələrin suverənliyinə hörmətlə yanaşır. Beynəlxalq səviyyədə tanınan sərhədləri tanıyır”.

 

Çin Xalq Respublikasının nümayəndəsi isə rəsmi Pekinin iki ölkə arasında münasibətlərin Qarabağ münaqişəsi çərçivəsində həll olunmasına diqqət çəkib:

 

“Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması Qarabağ münaqişəsinin həllindən ayrılmazdır”.

 

ABŞ nümayəndəsi isə münasibətlərin sadəcə diplomatik yolla həllinə tərəfdar olduqlarını söyləyib:

 

“Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli ola bilməz. Bu, sadəcə diplomatik yolla həll olunacaq məsələdir”.

 

Daha sonra Fransa nümayəndəsi çıxış edərək, gözlənildiyi kimi Ermənistanın müdafiəsinə qalxıb:

 

“Biz Azərbaycanı qoşunlarını əvvəlki mövqelərinə çəkməyə çağırırıq, Ermənistanın ərazi bütövlüyü qorunmalıdır”.

 

İrlandiya nümayəndəsi iki ölkə arsında atəşkəsin əldə olunmasını alqışlayıb:

 

“Azərbaycan və Ermənistan arasında atəşkəs xəbərini alqışlayırıq. Atəşkəsə və əvvəlki beynəlxalq müqavilələrə hörmət etməyə çağırırıq”.

 

Ardınca Rusiya nümayəndəsi söz alaraq, digər həmkarları kimi tərəfləri dialoqa səsləyib:

 

“Azərbaycanı və Ermənistanı təmkinli olmağa çağırırıq. Məsələ tərəflər arasında dialoq formatında həll olunmalıdır”.

 

Sonda BMT nümayəndəsi Bakı və İrəvan arasında gərginlik üçün təcili işlər görülməli olduğunu diqqətə çatdırıb:

 

“Ermənistan və Azərbaycan arasında gərginliyi azaltmaq üçün təcili və konkret addımlar atmağa çağırırıq”.

 

Müzakirələrdən sonra iclas başa çatıb. Lakin Ermənistan gözlədiyi nəticəni əldə edə bilməyib. BMT-nin iclasında hər hansı qətnamə qəbul olunmayıb, sadəcə təklif və tövsiyə xarakterli mesajlar səsləndirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182011

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930