İran prezidenti ABŞ-a getdi
İran Prezidenti İbrahim Rəisi sentyabrın 19-u səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etməkdir.
Məlumata görə, prezidenti İran rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və bir qrup hökumət üzvü müşayiət edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=182048