Moskvadan Pelosinin İrəvana səfərinə reaksiya: Heç nəyi həll etməyəcək

19.09.2022 - 13:48

“Rusiya ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini alqışlamağa hazırdır. Amma əgər bu səfər həqiqətən də Ermənistan-Azərbaycan sərhədində vəziyyəti sabitləşdirərsə…”

 

Cumhuriyyet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bu cür insanlar reallıqda normallaşmaya öz töhfəsini verə bilərmi? Səs-küylü hərəkətlər və bəyanatlar heç nəyi həll etməyəcək. Baxaq, zamanla hər şey aydınlaşacaq”, – deyə Peskov bildirib.

 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi iki gün Ermənistanda səfərdə olub. O səfər zamanı baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182091

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728