Ermənistan və Rusiya arasında əməkdaşlıq planı imzalandı

19.09.2022 - 19:15

Ermənistan və Rusiya arasında 2022-2027-ci illər üzrə regionlararası əməkdaşlıq planı imzalanıb.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Sənədin imzalanması İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumu zamanı baş tutub.

 

Dəyirmi masa formatında keçirilən plenar iclasdan sonra “Ermənistan və Rusiya arasında rəqəmsal formatda əməkdaşlıq”, “Müasir şəraitdə logistika, maliyyə və investisiya”, “Turizm potensialının inkişafı”, “Ermənistan regionları ilə Rusiya Federasiyasının regionları arasında humanitar inkişaf” mövzuları ətrafında müzakirələr aparılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182124

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728