Putin ermənilərin etirazına münasibət BİLDİRDİ

20.09.2022 - 16:10

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması istiqamətində tədbirlər görülür.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirləri qarşısında çıxışı zamanı deyib.

 

Prezident bildirib ki, noyabrda İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının illik sammiti keçiriləcək:

 

“Qeyd edirəm ki, təşkilat Ermənistan-Azərbaycan sərhəd bölgəsində vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün tədbirlər görür. KTMT baş katibinin rəhbərliyi ilə xüsusi missiya qarşıdurma zonasına göndərilib”.

 

Putin, həmçinin Rusiya ilə Ermənistanın dost və strateji müttəfiq olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə münasibəti rəsmi İrəvanı ciddi məyus edib. Ermənistan rəsmiləri KTMT-dən gözlədikləri köməyi ala bilmədiklərinə görə, bu təşkilatdan narazı qalıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182193

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930