Ərdoğan İsrailin Baş naziri ilə görüşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə görüşüb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.
Bundan əvvəl mətbuatda Ərdoğanın tezliklə İsrailə səfər edəcəyi barədə məlumat yayılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=182215