Kılıçdaroğludan gözlənilməz addım

21.09.2022 - 00:51

CHP sədri Kamal Kılıçdaroğlu bu gün Malatya səfəri zamanı öz əleyhinə yazılmış “Səlahəddin Dəmirtaşın sinəsinə fəxri medal taxacağam” yazılı pankartın qarşısında şəkil çəkdirib.

Cumhuriyyet.az yerli mətbuata istinadən xəbər verir ki, Kılıçdaroğlu bu fotonu sosial media hesabında paylaşaraq “Hörmətli Kamalın səfəri provakasiyalarla müşahidə olunsun deyə, bütün şəhəri bu plakatlarla bəzəyiblər” yazıb.

Qeyd edək ki, şəhər əhalisi Kılıçdaroğluya öz etirazını bu şəkildə bildirib.

Malatya səfərindən əvvəl bir çox yerlərdə Kılıçdaroğlu və bəzi CHP millət vəkillərinin işlətdiyi ifadələrdən ibarət plakatlar asılıb.

Bunlar arasında “Diyarbəkir Kürdüstanın bir parçasıdır”, “Təəssüf ki, Türkiyə Azərbaycana kömək edir” və “Səlahəddin Dəmirtaşın sinəsinə fəxri medal taxacağam” kimi cümlələrin yer aldığı plakatlar olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=182217

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930