Ermənistanda dövlət bayramı qeyd edilir

21.09.2022 - 12:21


Ermənistan Dövlət Müstəqilliyi gününü qeyd edir.

Cumhuriyyet.az-ın məlumatına görə, Dövlət Müstəqilliyi günü Ermənistanda əsas rəsmi bayramlarından biridir və hər il 21 sentyabrda qeyd olunur.

21 sentyabr 1991-ci ildə Ermənistan xalqı müstəqillik referendumunda SSRİ-dən ayrılmaq üçün səs verib. 1991-ci ilin noyabr ayında Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilib. 21 dekabr 1991-ci ildə Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulub.

Ermənistanın müstəqilliyini qeyd etmək üçün Respublika meydanında 1992, 1996, 1999, 2006, 2011 və 2016-cı illərdə hərbi parad keçirilib.

2015-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, ölkədə parlament idarəetmə forması tətbiq edilir. Hazırda Ermənistan hökumətinə baş nazir Nikol Paşinyan rəhbərlik edir.

Ölkənin prezidenti Vaaqn Xaçatryandır.

Ermənistan Respublikasının ilk müstəqilliyi 28 may 1918-ci ildə elan edilmişdi. Həmin respublika 1920-ci ildə bolşeviklər tərəfindən işğal olunmuşdu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182244

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930