Putin səfərbər edəcəyi hərbçilərə yüksək maaş verəcək

21.09.2022 - 15:25

Sentyabrın 21-də Rusiya prezidenti Vldaimir Putin Ukrayna ilə müharibədə iştirak üçün qismən səfərbərlik elan edib.

Putin bildirib ki, səfərbərlik yolu ilə hərbi xidmətə çağırılan vətəndaşlar müqavilə əsasında Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçu statusu alacaqlar.

Müdafiə naziri Sergey Şoyqu bildirib ki, ümumilikdə 300 min ehtiyatda olan hərbçinin səfərbər olunacağı planlaşdırılır. Bunlar hərbi ixtisası və döyüş təcrübəsinə malik şəxslər olacaq. Eyni zamanda, nazir deyib ki, qismən səfərbərlik hazırda hərbi xidmətdə olanlara və tələbələrə aid olmayacaq.

Bəs səfərbərliyə çağırılanlara nə qədər maaş veriləcək?

Cumhuriyyet.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov “Shot Telegram” kanalına bildirib ki, səfərbərliyə çağırılanlara yüksək məbləğdə maaş ödəniləcək.

“Bu da çox yüksək olacaq”, – deputat bildirib. Lakin Kartapolov ödənişlərin məbləğini açıqlamayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182273

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930