Paşinyan müavinini Rusiyaya göndərir
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bu gün Rusiyaya gedir.
Cumhuriyyet.az xəbər verir ki, Qriqoryan Rusiyada Avrasiya İqtisadi Komissiyasının və Birlik ölkələrinin İqtisadi Şurasının növbəti iclaslarında iştirak edəcək.
Qeyd edək ki, Qriqoryan avqustun 30-da Moskvada olub. O, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə üçtərəfli komissiya çərçivəsində Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin iclasında iştirak edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=182381