Qazaxıstana gedən rusların sayı kəskin ARTIB

23.09.2022 - 21:34

Bu il Qazaxıstan ərazisinə təxminən 1,66 milyon Rusiya vətəndaşı daxil olub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin miqrasiya xidməti komitəsinin sədri vəzifəsini icra edən Aslan Atalıkov məlumat verib.

“Onların ölkədə müvəqqəti qalmaları nəzərə alınır. Hər birində pasport məlumatları, giriş tarixləri və onlar haqqında ətraflı məlumat var. Miqrasiya prosesləri izlənilir”, – deyə o qeyd edib.

Ümumilikdə ölkəyə 4.1 milyon əcnəbinin gəldiyi bildirilir.

Məlumata görə, Rusiyada qismən səfərbərlik elan ediləndən sonra Qazaxıstana üz tutan rusların sayında kəskin artım müşahidə edilir.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin (Rusiya, Ermənistan, Belarus, Qırğızıstan) vətəndaşları üçün Qazaxıstanda qalma müddəti 90 günə qədərdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182506

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728