İtaliyanın gələcək Baş naziri: “Bizə dərs verməyə çalışma, Makron!” – VİDEO

26.09.2022 - 23:31

İtaliyadakı parlament seçkilərində qalib gələn sağ mərkəzçilər blokuna daxil olan “İtaliyanın qardaşları” partiyasının sədri və ölkənin mümkün gələcək baş naziri ola biləcək Corciya Meloni Fransa prezidenti Emmanuel Makronu sərt şəkildə tənqid edib.

O, dövlət başçısını Liviyanı bombalamaqda günahlandırıb. Partiya lideri bunu Liviya ilə İtaliya arasındakı xüsusi enerji əməkdaşlığının Fransanı narahat etməsilə izah edib.

“Fransa Afrikanın müsləmləkəçi istismarını davam etdirir. 14 ölkədə zərbxanalar işlədərək pul kəsdirir, uşaqları mədənlərdə işlədərək xammal əldə edir. Fransa nüvə reaktorlarında istifadə etdiyi uranın 30%-ni Nigerdə əldə edir. Lakin Niger əhalisinin 90%-i elektriksiz yaşayır. Bizə dərs verməyə çalışma, Makron! Çünki afrikalılar sənin siyasətin ucbatından qitələrini tərk etməyə məcbur qalırlar. Halbuki, həll yolu afrikalıların Avropaya köçməsi deyil, Afrikanın avropalılardan qurtulmasıdır. Sizdən dərs almağı qəbul etmirik”, – deyə Meloni bəyan edib.

Onun çıxışı sürəkli alqışlarla qarşılanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182615

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930