Ərdoğandan Yunanıstana növbəti XƏBƏRDARLIQ
“Rəsmi Ankara çirkli ssenarilərin həyata keçirilməsinə imkan verməyəcək”.
Cumhuriyyet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Yunanıstanı Türkiyəyə qarşı təhrik edənlərin niyyətini yaxşı başa düşür:
“Adalara yığılan silahlar bizim üçün mənasızdır. Çünki bizim imkanlarımız daha çoxdur”.
Ərdoğan növbəti dəfə Yunanıstana xəbərdarlıq edib:
“Özünüzə gəlin. ABŞ-dan gələn dəstək sizə kömək etməz”.
Short URL: http://www.cumhuriyyet.net/?p=182681