Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Cumhuriyyet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iclasda ölkənin Silahlı Qüvvələrinin Suriyanın şimalında mümkün əməliyyatı, həmçinin Yunanıstanın Egey adalarına silah göndərməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
“İclasda terrorla mübarizə də mühüm mövzulardan biri olacaq. Daxili işlər naziri Süleyman Soylu və milli müdafiə naziri Hulusi Akarın Türkiyədə olduğu kimi, Suriya və İraqda da davam edən terrorla mübarizə əməliyyatları ilə bağlı təqdimatları gözlənilir”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Türkiyə lideri bildirib ki, Ankara Suriyanın şimalında beynəlxalq ictimaiyyət tərəfindən anlaşılacaq hərbi əməliyyat keçirəcək. Onun sözlərinə görə, Ankaranın belə təcrübəsi var.
Short URL: http://www.cumhuriyyet.net/?p=182701