Putinin nüvə hədəsini ciddi qəbul edin! – Merkel

28.09.2022 - 16:27

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı hədələrinə cavab verib.

Cumhuriyyet.az bildirir ki, Merkelin fikrincə, Putinin nüvə hədələrini ciddi qəbul etmək lazımdır.

Onun sözlərinə görə, Putinin bütün hədələrini blef hesab etmək olmaz:

“Sözləri ciddiyə almaq, onları əvvəldən rədd etməmək lazımdır. Deyirlər ki, bu, sadəcə, blefdir, amma bu təhdidi ciddi qəbul etmək, heç bir halda zəiflik və ya sakitləşdirmə əlaməti deyil, siyasi müdrikliyin əlamətidir”, – deyə Merkel vurğulayıb.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin nüvə silahından danışarkən, Rusiya Federasiyasının ərazi bütövlüyünə təhlükə yaranarsa, bütün mümkün vasitələrdən istifadə ediləcəyini diqqətə çatdırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182734

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930