Nazir “Şimal axını”nı ilə bağlı brifinqdə huşunu itirdi

28.09.2022 - 23:46

Finlandiya Daxili İşlər naziri “Şimal axını”nda fövqəladə vəziyyətlə bağlı brifinqdə huşunu itirib.

Krista Mikkonen “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə dəyən ziyanla bağlı keçirdiyi mətbuat konfransında birdən-birə halı pisləşib.

Cumhuriyyet.az xarici mətbuata istinadən bildirir ki, hal-hazırda nazirin durumu stabildir.

Köşə yazarı Lauri Nurmi baş nazir Sanna Marinə hökumətin Ukraynanı dəstəyi və silahlandırma hazırlıqları barədə sual ünvanlayarkən Mikkonen birdən halsızlaşıb. Xanım nazirə yerdən enməsinə kömək edilib, sonra onu otaqdan çıxarıblar.

Brifinqdə xarici işlər naziri Pekka Haavito və müdafiə naziri Antti Kaykkonen də iştirak ediblər.

Xatırladaq ki, baş verən təxribatla bağlı araşdırmalar davam edir.

“Şimal axını”da partlayışa səbəb olan qazın sızma sürətinin daha böyük fəlakətlərə səbəb ola biləcəyi ehtimal edilirdi.

Sentyabrın 27-də qaz kəmərinin operatoru Nord Stream AG hazırda qaz kəmərinin bərpa müddətini təxmin etməyin mümkün olmadığını bildirmişdi.

İsveç polisi də öz növbəsində cinayətlə bağlı “Kobud təxribat” maddəsi ilə protokol tərtib edib və qaz sızmasının səbəblərini araşdırmağa başlayıb. Bildirilir ki, İsveç və Danimarkadakı ölçmə məntəqələrində hələ sızma aşkar edilməmişdən əvvəl güclü partlayışlar qeydə alınıb. Hazırda İsveç və Danimarka dəniz idarələri tərəfindən bu ərazilərdə beş millik təhlükəsizlik zonası yaradılıb.

Hadisə ilə bağlı münasibət bildirən Kreml sözçüsü Dmitri Peskov da fövqəladə vəziyyətin səbəbinin təxribat ola biləcəyini istisna etməyib. Onun sözlərinə görə, insident bütün qitənin enerji təhlükəsizliyinə təsir edən məsələdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182818

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930