Paşinyan Rusiyadan narazılıq etdi: Müttəfiqlərimiz bizə silah vermir!

29.09.2022 - 11:52

Baş nazir Nikol Paşinyan hökumətin parlamentlə birgə keçirdiyi bugünkü iclasında Ermənistan-Azərbaycan sərhəddində yaranmış vəziyyət və dünənki insidentdən bəhs edib.

Cumhuriyyet.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, baş nazir ölkəsinin silah-sursat alması məsələsində maneələrlə üzləşdiyini bildirib.

Paşinyan əsas narazılığını müttəfiq dövlətlərə yönəldib. Onun sözlərinə görə, bəzən elə hallar olub ki, Ermənistan silah almaq üçün yüz milyonlarla dollar ödəyib, lakin müttəfiq ölkələr tədarük öhdəliklərini yerinə yetirməyib.

“Bunlar ağrılı reallıqlardır və biz vəziyyəti dərindən təhlil etməliyik”, – Paşinyan vurğulayıb.

O qeyd edib ki, bu məsələdə Azərbaycanın Ermənistanın müttəfiqlərilə qurudğu münasibətlər xüsus rol oynayıb.

“Bu mənada onların uğurları var: imkan daxilində Ermənistana silah-sursat verilməsinin qarşısını almağa çalışırlar”.

Paşinyan müttəfiq dövlətlərdən narazılıq edərkən ad çəkməsə də, Ermənistan KİV-ləri ehtimal olaraq baş nazirin Rusiyanı nəzərdə tutduğunu vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182826

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728