ABŞ Rusiyaya qarşı yeni sanksiyalar fikirləşir – RƏSMİ

30.09.2022 - 11:33

ABŞ Dövlət Departamenti Ukraynanın işğal olunmuş bəzi ərazilərinin Rusiyaya birləşdirilməsi prosesinə qarşı anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi üçün bütün variantları nəzərdən keçirir.

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

“Əlbəttə, bütün variantlar müzakirə olunur. O cümlədən Ukraynadakı vəhşiliyə və müharibənin davam etdirilməsinə, eləcə də son saxta referendumlar və həmin ərazilərin Rusiyaya birləşdirilməsinə yönəlmiş səylərə cavab olaraq əlavə sanksiyaların tətbiqi nəzərdən keçirilir. Hələlik əvvəlcədən heç nə elan edə bilmərik”, – Patel bildirib.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş Xerson və Zaporojye vilayətinin müstəqil ərazilər kimi tanınması haqqında fərman imzalayıb ki, bu ərazilər daha sonra Rusiya Federasiyasının tərkibinə daxil olsun.

Sentyabrın 29-da imzalanmış sənədlərdə deyilir ki, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına uyğun olaraq, referendumda Ukrayna ərazilərinin sakinlərinin iradəsini nəzərə alaraq, Xerson və və Zaporojye vilayətinin müstəqilliyi tanınmalıdır.

Bu il fevralın 22-də Rusiya prezidenti Vladimir Putin “Donetsk və Luqansk xalq respublikaları” da müstəqilliyinin tanınması haqqında fərman imzalamışdı. Daha sonra həmin bölgələr Rusiyaya birləşmək istədiklərini bəyan etdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182935

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031